"Orta məktəblərə heç bir şagird telefon aparmamalıdır". SİA-nın xəbərinə görə, məktəblərdə telefon qadağası məsələsinə münasibət bildirən təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, bununla bağlı hələlik, hər hansı əmr yoxdur: "Amma fikirim bundan ibarətdir ki, nə şagird, nə də müəllim dərs prosesində telefondan istifadə etməməlidir".
Təhsil naziri Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də münasibət bildirib. O qeyd edib ki, "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyasında 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub: "Buna uyğun olaraq gələcəkdə 12 illik təhsilə keçiləcək".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB