"Azərbaycanın orta məktəblətində adambaşına maliyyələşmə sisteminə keçid hələlik fikir olaraq qalır". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, Dünya Bankı vaxtilə respublikanın 3 rayonunun 59 məktəbində pilot olaraq bu layihəni həyata keçirib: "Amma bu sistemi bütün ölkəyə yaymaqda çətinlik çəkdik. Hələlik bu məsələ fikir olaraq qalır".
Özəl ali məktəblərin əlavə dəyər vergisindən azad olunması məsələsinə münasibət bildirən nazir qeyd edib ki, o, bu işə müsbət baxır: "Ali məktəblərin ƏDV-dən azad olunması təhsilin inkişafına xidmət edən bir amil olacaq".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB