Bu gün Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimat keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və digər qonaqlar iştirak edir. Tədbiri giriş sözü açan təhsil naziri Misir Mərdanov qeyd edib ki, prezidentin sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması olub.
Nazirin sözlərinə görə, dövlət başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" imzaladığı fərman bir müddət əvvəl başlanılan bu işin sürətlənməsinə və layihənin həyata keçirilməsinə olan inamı daha da artırıb: "Dövlət Proqramına ərizələlərin elketron şəkildə qəbulu məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir".
Təhsil Naziri eyni zamanda bildirib ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə yeni qəbul olunanların, təhsil alanların, xaric edilənlərin və məzun olanların məlumatlarının idarəolunması işinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi, DP-nın seçim, icra və maliyyələşdirmə porsedurlarında çoxtərəfli nəzarət vasitəsiilə tam şəffaflığın təmin olunması, məlumat etibarlılığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunaması 2007-ci ildən istifadə olunan Dövlət Proqramının elektron bazasının yerinə, Məlumat İdarəetmə Sisteminin yaradılmasını zərurətə çevirib. M. Mərdonov qeyd edib ki, bu günə kimi Dövlət Proqramı çərçivəsində 1800-dən artıq gənc xaricdə təhsil almağa göndərilib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB