Misir Mərdanovdan TQDK-ya cavab!

"Bu gün istifadədə olan dərsliklərin ləğvi barədə fikir söyləmək doğru deyil. Çünki hələ dərs ili başa çatmayıb". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ekspert Şurası tərəfindən I və III siniflərin 5 adda dərsliyinin tədrisdə istifadənin məqsədəuyğun olmadığı barədə verdiyi rəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dərslikləri qəbul və ya ləğv etmək səlahiyyəti hansı quruma verilibsə, yalnız həmin qurum vəsaitləri ləğv edə bilər. Nazir qeyd edib ki, TQDK-nın yalnız düzgün olan təklif və rəyləri gələn il dərsliklərin hazırlanmasında hökmən nəzərə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə