"Mart ayının 15-də XI Beynəlxalq türk dili olimpiadasında Azərbaycanın təmsil olunması üçün ölkə üzrə seçim turu keçiriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "Çağ Öyrətim" İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən deyib. Onun sözlərinə görə, seçim turunda qalib gələn şagirdlər XI Beynəlxalq türk dili olimpiadasında Azərbaycanı təmsil edəcəklər. "Seçilən qaliblər olimpiada da Aərbaycanın şeirini, musiqisini, xalq rəqslərini onlar üçün ayrılmış stendlərdə nümayiş etdirəcəklər", - deyə o bildirib.
Rəsmi onu da qeyd edib ki, bu il XI Beynəlxalq türk dili olimpiadası Türkiyənin İzmir şəhərində baş tutacaq.
Xatırladaq ki, ötən il adı çəkilən olimpiada Türkiyənin İstanbul şəhərində 135 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB