Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Çinin Yeni il bayramı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin və ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov iştirak edib.
Tədbirdə çıxış edən Səməd Seyidov Azərbaycanla Çin Respublikası arasında əlaqələrin genişləndiyini deyib. O bildirib ki, ötən il Azərbaycan Dillər Universitetində regionşunaslıq fakultəsi açılıb. Onun dilşünaslıq şöbəsinə 10 nəfər tələbə qəbul olunub və həmin dil ixtisası üzrə təhsil alıb.
Rektor eyni zamanda qeyd edib ki, aprel ayında ADU-da Çinin "Dil və mədəniyyət mərkəzi" açılacaq.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin isə çıxışında iki ölkə arasında əməkdaşlıq əlaqəlrinin güclü olduğunu deyib və bundan sonra da davam edəcəyini diqqətə çatdırıb .
Qeyd edək ki, Yeni il tədbirində universitetin tələbələri bayramın adət-ənənələrini nümayiş etdirib. Çin dilində mahnılar səslənib, şerlər oxunub.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB