Qaradağda müasir məktəb kompleksi tikiləcək

Qaradağ rayonu ərazisində Heydər Əliyev Fondu tərəfindən müasir dövrün tələblərinə cavab verən, ən müasir avadanlıqlarla təchiz olunacaq 300 yerlik yeni məktəb binası inşa ediləcək. SİA-nın verdiyi məlumata görə, ikimərtəbəli məktəb binasının sahəsi 2297.2 kv.metr olmaqla, akt və yeməkxana zallarından, fiziki, kimya və biologiya fənlərinin tədrisi üçün xüsusi laboratoriyadan, kitabxana, 2 geyim və 15 sinif otağından ibarət olacaqdır.

Müasir işıq, istilik və yanğından mühafizə sistemi, su anbarı, qapalı və açıq idman meydançası ilə təmin olunacaq yeni məktəbin avadanlıqlarla təchizatı, həyətyanı sahədə yaşıllıq zolağının salınması, dekorativ ağacların əkilməsi və abadlıq işlərinin aparılmasıda nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə