Məktəblilərin yaz tətili 12 gün olacaq

Məktəblilərin yaz tətili 12 gün olacaq

"Məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir. Lakin martın 17-si bazar gününə düşdüyündən 5 günlük qrafiklə işləyən məktəblərin şagirdləri martın 15-dən, 6 günlük qrafiklə işləyən məktəblərin şagirdləri isə martın 16-dan yaz tətilinə çıxırlar". Bunu açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Məlumata bildirilir ki, Nazirlər Kabinetinin qərarına görə, Novruz bayramı ilə bağlı orta məktəblərdə dərslər martın 27-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə