ADU tələbələri Milanda

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin İtalyan dili ixtisasının III kursunda təhsil alan iki tələbəsi - Nailə Məmmədova və Abbas Nəcəfov hazırda Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində Milan Tərcüməçilik İnstitutunda təcrübə keçirlər. Onlar indiyədək əldə etdikləri nəzəri bilikləri tətbiq etmək üçün universitet tərəfindən İtaliyaya göndəriliblər. ADU-dan SİA-ya verilən məlumata görə, tələbələr bu ilin fevral ayından may ayınadək Milan Tərcüməçilik İnstitutunda tərcümə sahəsində təcrübə toplayıb, tərcümənin dərinliklərini, metodikasını, yeni üsullarını mənimsəyəcəklər.

Tələbələr artıq Milan Tərcüməçilik İnstitutunda ilk dərslərini izləyiblər. Azərbaycanlı tələbələr haqqında İtalyanın Milan Tərcüməçilik İnstitutunun rəsmi internet saytlarında da məlumatlar yerləşdirilib.

Qeyd edək ki, Milan Tərcüməçilik İnstitutu tərcümə sahəsində peşəkar mütəxəssislər hazırlayan qabaqcıl təhsil müəssisəsidir. ADU ilə sözügedən İnstitut Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən bir sıra layihələrdə tərəfdaş olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə