Təhsil naziri: "İmtahanların şəffaflığı şübhə altına düşür”

Təhsil naziri: "İmtahanların şəffaflığı şübhə altına düşür”

"Ali təhsil müəssisələrində test üsulu ilə keçirilən semestr imtahanları təkmilləşdirilməlidir". SİA -nın qərb bürosunun verdiyi məlumata görə, bu fikirləri Gəncə şəhərində səfəri çərçivəsində təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, kütləvi imtahanların keçirilməsində test üsulunun əvəzi yoxdur: "Lakin bu üsul daha da təkmilləşməlidir. Semestr imtahanı test üsulu ilə keçirilirsə, tələbə dərhal nəticələrini bilməlidir. Əgər nəticənin hazırlanması bir neçə gün çəksə, onda o imtahanların şəffaflığı şübhə altına düşür".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə