Təhsil Naziri yeni rektoru təqdim etdi

Təhsil Naziri yeni rektoru təqdim etdi

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Dövlət Universitetinə yeni rektor təyin olunması ilə əlaqədar Gəncədə, YAP şəhər Təşkilatının İnzibati binasında tədbir keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə Təhsil Naziri Misir Mərdanov da iştirak edib.
Nazir bildirib ki, Prezidentin sərəncamı ilə təsdiq olunan rektor qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacaq.
Bir sıra məsələlərə də toxunan nazir regionlarda kadr probleminin tədricən aradan qaldırıldığını qeyd edib: "Ötən illərdən fərqli olaraq bu gün dövlət tərəfindən xüsusi imtiyazlarla bölgələrə göndərilən gənc müəllimlərin sayı artır və belə pedaqoqların geri dönməsi halları azalıb. Rəsmi statistikaya əsasən hər il 800-ə yaxın gənc kadr ucqar kəndlərdə mövcud olan məktəblərdə işlə təmin olunur".

Qeyd edək ki, yeni rektor 2001-ci ildən Gəncə Dövlət Universitetində çalışır. Təyinata kimi Yadigar Əliyev ali təhsil ocağının filologiya fakultəsinin dekanı olub.


İlahm Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə