"Azərbaycanın təhsil sahəsində tətbiq edilən kurikulum sistemi orta məktəblərdə tədris olunan fənnlərin reytinq cədvəlinin dəyişməsinə səbəb olub". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.
O bildirib ki, son 6 ildə uşaqlar üçün tədris olunan fənnlər sırasında "Azərbaycan dili" və "Ədəbiyyat" fənni reytinq cədvəlində birinci yeri tuturdu. Lakin ötən il bu nəticə dəyişib. Z.Əliqızı vurğulayıb ki, nəticələrə müvafiq olaraq fənnlərin reytinq cədvəlinə "Riyaziyyat" fənni hakimlik edib: "Bizim araşdırmalarımız nəticəsində məlum olub ki, kurikulum siyasətinə qoşulmuş və yeni tədris metodları ilə təhsil alan V-VI sinif şagirdləri riyaziyyat fənnini seçiblər. Məktəblərdə fənn aylıqlarına çox böyük həvəs var və hər birində iştirak edirlər. Həmin rəqabət sayəsində də məktəblərin ən güclüləri seçilir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB