Yeni rektor kim oldu? FOTO

Gəncə Dövlət Universitetinə rektor təyin edilib. SİA-nın məlumatına görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla bu post Yadigar Vəli oğlu Əliyevə həvalə olunub. Yadigar Əliyev buna qədər Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı işləyib. Dilçi alim, türkoloqdur. Filologiya elmləri doktorudur.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin əvvəlki rektoru Elman İdris oğlu Məmmədov vəzifədən 2012-ci il noyabrın 8-də azad edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə