TQDK: "Nəticələr Təhsil Nazirliyindədir"

TQDK: "Nəticələr Təhsil Nazirliyindədir"

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin I sinif dərsliklərinin monitorinqləri ilə bağlı Təhsil Nazirliyinə 179 səhifəlik rəy göndərib". SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə belə deyib. Sədr bildirib ki, rəydə I sinif dərsliklərində aşkar olunan bütün səhvlər öz əksini tapıb və yaxın günlərdə bu nəticələr internetdə də yayımlanacaq: "Müəllimlər bu səhvlərlə tanış olmalıdır. Təbii ki, dərsliklərdəki bütün səhvləri dərhal düzəltmək mümkün olmayacaq. Müəlliflər elə bilirdilər ki, onların dərsliklərdə yol verdikləri səhvləri görən olmayacaq. Bundan sonra müəllimlər və elmi redaktorlar dərsliklərin yazılmasına daha məsuliyyətlə yanaşacaqlar. Çünki artıq prosesə ictimai nəzarət var".

Məleykə Abbaszadə onu da deyib ki, gələn il yeni test bankının bir hissəsinin çap olunacağı gözlənilir. Sədrin sözlərinə görə, 2001-ci ildə buraxılan test bankı öz aktuallığını itirib: "Biz 20 il ərzində bütün imtahanlarında istifadə olunan test variantlarını toplu şəklində çap etmişik. Yeni test bankının bir hissəsini ola bilsin ki, gələn il çap etdik. Lakin test banklarını çap etdirən kimi müəllimlər onları şagirdlərə əzbərlətdirirlər. Bu, düzgün yol deyil. Ona görə də biz bu bankı çap etməyə tələsmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə