Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində olub

Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində olub

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin (BNAM) professor-müəllim və tələbə kollektivi ilə görüşüb. SİA-nın xəbərinə görə, BNAM-ın rektoru Elmar Qasımov bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil sahəsi uğurla inkişaf edir. Onun sözlərinə görə ,"Naft kapitalını insan kapitalına çevirək" şüarı prezidentin təhsilə verdiyi önəmin göstəricisidir: "ARDNŞ-nın həyata keçirdiyi investisiya layihələrilə yanaşı bir çox sosial və təhsil layihələri ölkə prezidentinin diqqət və qayğısının nəticəsidir. Bakı Ali Neft Məktəbinin məqsədi də Azərbaycan üçün beynəlxalq standartlara cavab verən, müasir texnika və texnologiyalara yiyələnmiş, yüksək ixtisaslı və ingilis dilli kadrların hazırlanmasıdır".

BNAM-ın tələbələrini qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələrə və məhz bu ali təhsil ocağının tələbələri adını qazandıqlarına görə təbrik edən Məleykə Abbaszadə deyib ki, 2012-2013-cü tədris ilində ali təhsil müəssisələrinin reytinq cədvəlində 1-ci yeri qazanıb və bir çox göstəricilərə görə BNAM ali məktəblər arasında liderdir: "Bu böyük nəaliyyət və böyük məsuliyyətdir. Tələbələr üçün dövlət tərəfindən yaradılmış yüksək səviyyəli şərait sizin ali savadlı mütəxəssis kimi formalaşmağınıza böyük töhvə verəcək".

Tədbir tələbələri maraqlandıran sualların komissiya sədri tərəfində cavablandırılması ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə