TQDK: "Buraxılış imtahanlarının qaydaları dəyişməyib"

TQDK: "Buraxılış imtahanlarının qaydaları dəyişməyib"

"Nazirlər Kabineti tərəfindən buraxılış imtahanlarına dair yeni qaydalar təsdiq olunmayıb. Buna görə də bu il Azərbaycanın orta məktəblərində mərkəzləşmiş buraxılış imtahanları ötən ilki qaydalar əsasında keçiriləcək". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşündə deyib. Onun sözlərinə görə, layihə iki qurum - Təhsil Nazirliyi və TQDK arasında hazırlanır. Hələlik ortaq variant olmadığından komissiya ötən ilki qaydaları təsdiq edib.

TQDK sədri deyib ki, bu il keçiriləcək buraxılış imtahanlarında testlərlə yanaşı, yazı işləri də olacaq: "Gələn ildən başlayaraq yazı işlərinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq. Bu il isə buraxılış imtahanları ötən ilki qaydalara əsasən keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə