Şahin İsmayilov “Qış Parlamenti”nin sessiyasının qonağı oldu FOTOLAR

Şahin İsmayilov “Qış Parlamenti”nin sessiyasının qonağı oldu FOTOLAR

Xaçmazda 11–17 fevral tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) reallaşdırdığı "VI Liderlik Məktəbi - "Qış Parlamenti" öz işini davam etdirir. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, fevralın 13-də "Qış Parlamenti"nin sessiyasının növbəti qonağı ATGTİ-nin sədri Şahin İsmayilov olub. Görüşdə gənc parlamentarilərlə ölkəmizin QHT sahəsini, gənclərin ictimai fəaliyyətini və s. bu kimi mövzuları müzakirə edən Ş.İsmayilov bildirib ki, "Gənclərin burada qazanacağı biliklər onların gələcək fəaliyyət istiqamətini müəyyənləşdirəcək".

Öz növbəsində gənc parlamentarilər ATGTİ-nin sədrinə təşkilatın gələcək fəaliyyət planları ilə bağlı suallarını ünvanlayıblar. İttifaqın keçirilmiş bu və ya digər layihələrinin analiz qaydaları və hər bir layihənin hazırlıq prosesi gənc parlamentariləri xüsusi maraqlandırıb. Çoxsaylı sualları cavablandıran Şahin İsmayilovun sözlərinə görə, tələbə-gənclərdən gələn maraqlı və real təşəbbüslər hər zaman ATGTİ tərəfindən dəstəklənəcək. Təşkilatın gələcək fəaliyyət planlarına aydınlıq gətirən İttifaqın sədri qeyd edib ki, ATGTİ-nin yeni fəaliyyət planının hazırlanmasında dolayısı yolla gənclərin ideya, təklif və ehtiyacları nəzərə alınacaq.

Qeyd edək ki, "Qış Parlamenti" ərzində fevralın 14-ü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri gənc parlamentarilərin görüşünə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə