"Azərbaycanda tibb müəssisələrində insanların narazılığı ilə qarşılanan məsələlər, onların sağlamlığına təhlükə törədəcək hallar, kütləvi informasiya vasitələri tərəfindən məlumat yayıldığı halda, bunlar Səhiyyə Nazirliyinin yaratdığı komissiyada araşdırılacaq"
SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, bu yaxınlarda Prezidentin fərmanı ilə Səhiyyə Nazirliyinin əsasnaməsində müəyyən dəyişiklik edilib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əsasnaməsinin 9-cu maddəsində nazirliyin hüquqları təsbit olunub: "Bu hüquqlar əvvəl də var idi, bu, yeni mərhələ deyil. Bu dəyişiklik sadəcə Səhiyyə Nazirliyinin əsasnaməsində hüquqlarına olan əlavədir. Yeni dəyişiklərə görə, insan həyatı üçün təhlükə törədiləcək halda, tibb müəssisələrinin fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyinə həvalə olunub. Dövlət müəssisələrində olan bu anlaşılmazlıq və yaxud Baş Prokurorluğa insanlar tərəfindən olunan müraciətlər də Səhiyyə Nazirliyinin yaratdığı komissiyalar tərəfindən araşdırılır. Günahı olanlar cəzalandırılır. Bəzən elə olur ki, insanlar xəstə olduğuna görə emosiyalı olurlar, narazılıqlarını bildirirlər, sonradan isə bu anlaşılmazlıq aradan qalxır".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB