Təhsil Nazirliyi Ağ Evin internet səhifəsində Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən petisiya kampaniyası ilə bağlı ictimaiyyətə müraciət edib. SİA-a Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, "Azərbaycanın haqq səsinə sən də qoşul" -deyə bildirilən müraciət nazirliyin internet saytında da yerləşdirilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın 20% ərazisinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi və Xocalı soyqırımı ilə bağlı kampaniyaya qoşulmaq üçün oxuculara ətraflı məlumat verilib: "Səsvermə internet vasitəsilə aparılır, hər bir azərbaycanlı bu səsvermədə iştirak etməli, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalıda günahsız insanların yalnız azərbaycanlı olduğu üçün amansızcasına kütləvi şəkildə qətlə yetirilməsinə qarşı etiraz səsini ucaltmalıdır".
Edilən müraciətdə həmçinin səsvermə qaydaları barədə də məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB