"Park Bulvar" Ticarət Mərkəzi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə həyata keçirilən "Gənclər Həftəsi" kampaniyası başa çatıb. SİA-nın məlumatına görə, "Mən gəncəm! Bəs sən?" şüarı altında keçirilən kampaniya 31 yanvar – 7 fevral tarixlərini əhatə edib.
Xatırladaq ki, sözü gedən tarixlərdə hər gün istedadlı gənclər müxtəlif istiqamətlərdə öz bacarıqlarını nümayiş etdiriblər. Belə ki, bu müddət ərzində "Park Bulvar" Ticarət Mərkəzində gənc müğənnilər, astroloqlar, rəqqaslar, rokçular öz bacarıqlarını nümayiş etdiriblər. "Gənclər Həftəsi"-ində həmçinin "Park Bulvar" Ticarət Mərkəzinin müxtəlif mərtəbələrində ARGTMŞ-nın üzvü olan 93 təşkilat tərəfindən gənclər haqqında şüarlar və təbriklər yerləşdirilib. 2 Fevral Azərbaycan Gəncləri Günündə isə müxtəlif mağazalar tərəfindən gənclər üçün xüsusi imkanlar yaradılıb, endirimlər və güzəştlər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB