TQDK ərizə qəbuluna başlayır

"TQDK Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayır. Fevral ayının 11-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayır". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ali məktəblərin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar fevralın 11-dən 21-dək "Bakalavrın elekron ərizə" formasını doldurmalıdır. Natiq Əliyevin sözlərinə görə, bakalavrlar fevralın 12-dən 22-dək şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək ərizələrini təsdiq etdirməlidirlər: "Bu ilin məzunları "Bakalavrın elektron ərizə" formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməlidirlər. Ali məktəblərin əvvəlki illərin məzunları nəzdində SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları "Bakalavrın elektron ərizə" forması ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirə bilərlər. Xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları "Bakalavrın elektron ərizə" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə