Cəlilabadda müəllimlərin etirazı haqda məlumat doğru deyil

Cəlilabadda müəllimlərin etirazı haqda məlumat doğru deyil

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun ümumtəhsil məktəblərində işləyən 100-dən artıq müəllimin bu günlərdə əmək haqlarının aşağı olmasından gileylənərək etiraz edəcəkləri barədə yanlış məlumatlar yayılıb. SİA-ya verilən məlumata görə, rayonun ümumtəhsil məktəblərinin müəllimlərinin əmək haqları və onların vaxtlı-vaxtında alınması ilə əlaqədar heç bir problemləri yoxdur.

Təhsol şöbəsinin müdiri Ə.P.Əsgərov bildirib ki, rayon müəllimlərinin əmək haqlarının azlığı ilə əlaqədar piket keçirəcəkləri barədə məlumatlar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə