Bu gün "Oxu TV" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Kaspi" Şirkətlər Qrupunun rəhbəri və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli, Təhsil Nazirliynin mətbuat katibi Bayram Hüseynzadə, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı, layihənin rəhbəri Azər Cabbarov, pedaqoqlar, məktəb direktorları, media nümayəndələri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Azər Cabbarov tədbir haqda məlumat verib: "Bu gün bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində aparılan islahatlar və yeniliklərin operativ şəkildə geniş tamaşaçı auditoriyasına çatdırılması üçün www.oxu.tv ideal variant olaraq sizlərə təqdim edirik. Bu layihə vasitəsilə təhsil sahəsində tətbiq edilməyə başlayan mütərəqqi tədris metodlarının, interaktiv dəsrlərin, modern əyani və texnoloji vasitələrin şagirdlərə, müəllimlərə və valideynlərə nümayiş etdirmək mümkündür. Dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris planına əsasən hazırlanıb".
Mərasimdə daha sonra söz alan "Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva konfrans haqda ətraflı danışıb: "Bu gün ki, çox həyacanlıyam. Çünki "Kaspi" Şirkətlər Qrupunun dəstəyi ilə həyata keçən www.oxu.tv layihəsi çox məsuliyyət tələb edən işdir. Onu da deyim ki, sözügedən layihəni ərsəyə gətirməyimizə səbəb 1-11–ci siniflərdə tədris olunan bütün fənnlər üzrə istənilən dərsə yüksək keyfiyyətli video formatında baxmaq imkanı əldə edir. Dərsləri tədris edən şəxslər isə "əməkdar müəllim", "ilin müəllimi" adını almış peşəkar pedaqoqlar, ali və orta dəsrliklərinin müəllifləri və Azərbaycan Milli Elmlər Akademiyasının təcrübəli əməkdaşlarıdır.
Nəzərinizə çatdırım ki, "Kaspi" tədris mərkəzi 2007-ci ildən fəaliyyət göstərərək Azərbaycan vətəndaşlarına xarici dilləri mükəmməl öyrətməkdə, kompyuter biliklərini genişləndirməkdə böyük kömək edib. Hazırda "Kaspi"də dünya standartlarına cavab verən magistr, xaricdə təhsil, məktəbəqədər və abituriyent hazırlıqları şöbələri fəaliyyət göstərir və dünyanın 120-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq edir".
Daha sonra çıxış üçün söz alan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bunları deyib: " Azərbaycanda təhsil hər zaman böyük rol oynayıb. Qeyd edim ki, "Kaspi" Təhsil Mərkəzi tələbələrə çox böyük köməklik edib. Eyni zamanda tələbələrə xaricdə təhsil almaq imkanı yaradıb. Odur ki, Sona xanımın həyata keçirdiyi bu layihəyə məktəb direktorları və müvafiq qurumlar biganə qalmamalıdırlar".
Tədbirin sonunda çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sona Vəliyevanın yeni ərsəyə gətirdiyi layihəni dəstəklədiyini bildirib: ""Kaspi" tədris mərkəzi hər zaman uğurlu layihələrə imza atır. www.oxu.tv sayıtına daxil olanda görmək olur ki, müəllimlərlə, uşaqlarla, valideyinlərə birbaşa əlaqə vasitəsidir. Onu da deyim ki, "Kaspi" tədris mərkəzinin 5 ildə əldə etdiyi naliyyətlərlə yaxından tanışam. Əgər Sona xanım hansısa layihəyə imza atırsa bu o deməkdir ki, o proyekt uğurlu olacaq".
Qeyd edək ki, mərasimdə www.oxu.tv haqda video çarx da izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB