"Gələn ildən TQDK tərəfindən aparılacaq monitorinq imtahanlarının nəticələri şagirdlərin attestat qiymətlərinə təsir göstərəcək". SİA -nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2012-2013-cü tədis ili üçün tələbə qəbulunun nəticələrinə həsr edilən tədbirdə deyib. TQDK sədri qeyd edib ki, ümumilikdə V-XI siniflər üzrə aparılan monitorinq imtahanları ilə bağlı layihə 10 gündən sonra ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti tərəfindən buraxılış imtahanları ilə əlaqədar qaydaların təsdiqlənməsi gözlənilir. Bundan sonra ictimaiyyətə məlumat veriləcək.
Bu il orta məktəblərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən monitorinq imtahanlarının bir neçə siniflərdə tarix və Azərbaycan tarixi fənnindən aparılacağını deyən TQDK sədri bildirib ki, gələcəkdə "Azərbaycan tarixi" fənni buraxılış imtahanlarına əlavə ediləcək: "Onu əlavə etmək üçün əvvəlcə monitorinq imtahanı aparmalıyıq. Bu, hələlik şagirdlərin taleyinə təsir göstərməyəcək. Təbii ki, o zaman buraxılış imtahanında qoyulan qiymətlər ayrı bir üsulla hesablanacaq. Ona görə də, indidən deyə bilmərəm, çünki biz araşdırmalar aparıb, nəticələri görüb, nöqsanları pedaqoji ictimaiyyətə göstərəndən sonra hansısa hüquqi qərar qəbul edə bilərik. Biz hüquqi müstəviyə keçməzdən əvvəl elmi araşdırmalar aparmalıyıq".
M.Abbaszadə həmçinin qeyd edib ki, bu il buraxılış imtahanı Naxçıvan Muxtar Respublikasında da təşkil olunacaq.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB