Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məzunların şəxsiyyət vəsiqələrini daha tez almaları üçün Daxili İşlər Nazirliyinə müraciət edib. SİA -nın xəbərinə görə, bunu 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinə həsr edilən tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu il şəxsiyyət vəsiqəsi olmayan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq. Şəxsiyyət vəsiqəsinin alınması üçün məzunlara kifayət qədər vaxt verildiyini deyən TQDK sədrinin sözlərinə görə, 16 yaşına çatmayanlara şəxsiyyət vəsiqələri rüsumsuz verilir: "Rayonlarda kim müraciət etsə, ona bu sənəd 3 gün müddətində verilir. Vətəndaşlığı olmayan məzunlar da qərar qəbul etməlidirlər. Miqrasiya Xidməti onlara müvəqqəti də olsa, sənəd verməlidir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB