"2012-ci ildə Azərbaycanda 10 000 IX sinif , 5000-dən çox XI sinif şagirdi buraxılış imtahanlarında iştirak etməyiblər. Şagirdlər bununla bağlı komissiyaya heç bir müraciət etməyiblər". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə deyib.
TQDK sədrinin sözlərinə görə, bu məsələ ciddi şəkildə araşdırılacaq: "Rayon təhsil şöbələri də bununla bağlı müvafiq tədbirlər görsünlər. Əgər həmin uşaqların attestat və diplomları varsa, bunu komissiyaya təqdim etsinlər. Lakin bunun nəticəsində növbəti sual yaranır. Əgər onlar buraxılış imtahanlarında iştirak etməyiblərsə, onlar attestat və diplomları necə əldə ediblər"?
Ali məktəblərə qəbul imtahanlarında 150-200 bal toplayan abituriyentlərin də akademik göstəriciləri, onların ali məktəblərdə oxuya bilib-bilməməsi ilə bağlı maraqlanacaqlarını deyən, M.Abbaszadə qeyd edib ki, ali məktəblərdə qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər dövlət sifarişli yerlərə qəbul olan abituriyentlər olur. Bunun nəticəsində özəl ali məktəblərdə kifayət qədər boş yerlər qalır.
TQDK sədri onu da əlavə edib ki, Azərbaycanda ali məktəbə qəbul olma göstərici şəhər məzunları arasında daha yüksəkdir. Bu daha çox əhalinin iqtisadi vəziyyəti və digər amillərlə əlaqədardır: "Təəssüflə qeyd etmək lazımdır ki, 2012-ci il bəzi rayonların məzunlarının əksəriyyəti 100-dən aşağı bal toplayıb. Belə ki, Naftalan şəhəri, Ağsu, Zərdab, Şabran, Xaçmaz, Lerik, Qobustan, Siyəzən, Samux, Astara, Hacıqabul və Ucar rayonları, eləcə də Naxçıvan MR-in Sədərək, Babək və Culfa rayonlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB