"Bu ildən orta məktəblərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə müəyyən fənlərdən monitorinq imtahanlarını keçirməyə başlayacaq" SİA-nın xəbərinə görə, bunun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
M.Abbaszadənin sözlərinə görə, monitorinq imtahanları 2 cür olacaq. Bunlardan biri elmi-metodiki məqsədlərə xidmət edəcək, digəri isə qiymətləndirmək məqsədilə aparılacaq: "Bu il müəyyən məktəblər seçiləcək və aparılacaq monitorinq imtahanlar yalnız elmi-metodiki məqsədlərə xidmət edəcək. Buna əsasən keçirilən imtahanlar hələ ki şagirdlərin taleyinə təsir göstərməyəcək. Ümumiyyətlə, uşaqların səviyyəsini öyrənmək üçün imtahanları bu il belə keçirəcəyik".
TQDK sədri onu da qeyd edib ki, yekun attestasiyanı düzgün aparmaq üçün monitorinq imtahanlarının aparılması çox vacibdir: "Azərbaycanda yekun attestasiya hələ ki 2 fənn üzrə aparılırdı. Amma yekun attestasiya 2 fəndən aparıla bilməz və bura müxtəlif fənlər də əlavə olunmalıdır. Hansısa kurs 10-cu sinifdə bitibsə, biz onun əsasında da monitorinq imtahanı keçirəcəyik. Müxtəlif fənləri müxtəlif illərdə qiymətləndirəcəyik. Hazırda bununla əlaqədar layihə işlənir və yekun məlumatlar yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB