"Son 8 ildə ölkədə orta məktəb məzunlarının sayı 33810 nəfər azalıb". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə və "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında bildirib. O qeyd edib ki, 2012-ci ildə ümumi təhsil müəssisələrinin 89 298 məzunu olub.
M.Abbaszadənin sözlərinə görə, bu artıq bir neçə ildir ki, müşahidə olunur: "Son səkkiz ildə məzunların sayı 27.46% azalıb. Bu il sənəd verənlərin 58.84 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2009-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 60.90 faiz, 2010-cu ildə 55.63 faiz, 2011-ci ildə isə 58.39 faiz olub".
Bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 471 abituriyent iştirak edib, deyən TQDK sədri qeyd edib ki, onlardan 41.70% 0-100, 22.95% 100-200, 15.06% 200-300, 15.50% 300-500, 4.79% isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1226 nəfəri 600-baldan yuxarı nəticə göstərib. Yüksək nəticə göstərənlər I qrupda 234, II qrupda 297, III qrupda 350, IV qrupda 345 nəfərdir. 5 nəfər isə maksimal nəticə – 700 bal toplayıb.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB