“Şəhidlər ölməyiblər, onlar yaşayırlar!” FOTOLAR

“Şəhidlər ölməyiblər, onlar yaşayırlar!” FOTOLAR

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 20 Yanvar faciəsinin 23-cü ildönümünü ilə əlaqədar "Mən yaşayıram!" adlı geniş aksiya keçirib. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, aksiyanın əsas məqsədi haqda danışan ATGTİ-nin sədri Şahin İsmayilov deyib ki, "Şəhidlərimiz ölməyiblər, onlar əbədi yaşayırlar. Ölkənin tələbə-gəncləri isə şəhidlərimizin xatirəsini heç vaxt unudmayacaqlar".

Xatırladırıq ki, aksiyada tələbə-gənclər tərəfindən şəhidlərimizin ölməzliyi, onların əbədiyyata qovuşmaları diqqətə çatdırılıb.

"Mən yaşayıram!" aksiyası çərçivəsində tələbə-gənclər üzərində şəhidlərin ad və soyadları, şəkilləri əks olunmuş köynəkləri geyinərək Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasından Şəhidlər Xiyabanına qədər yürüş ediblər. Bu ATGTİ-nin keçirtdiyi sayca 3-cü analoji aksiya idi.

Qeyd edirik ki, ATGTİ-yə daxil müxtəlif Tələbə Gənclər Təşkilatları da (TGT-lər) 20 Yanvar tarixini ehtiramla yad ediblər. Belə ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texniki, Azərbaycan Dövlət Aqrar Universitetləri, Bakı Kompyuter Kolleci, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filalı və s. ali və orta ixtisas təhsil müəssisələrinin TGT-ləri yanvar hadisələrinin 23-cü ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib, öz təhsil müəssisələrində müxtəlif xatirə tədbirləri keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə