TQDK 20 yanvar faciəsinin 23-cü ilini qeyd edib

TQDK 20 yanvar faciəsinin 23-cü ilini qeyd edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Komissiyadan SİA-ya verilən məlumata görə, mərasimdə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TQDK-nın sədr müavini Namiq Babayev çıxış edərək 20 yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri barədə məlumat verib. N.Babayev bu günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyətini vurğulayıb. Bu dəhşətli faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini qeyd edib.

Daha sonra Komissiyanın şöbə müdirləri Nərminə Məmmədova, Çingiz Rüstəmov, Komissiyanın Naxçıvan regional bölməsinin müdiri Sabir Məmmədov çıxış edərək 20 yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi olduğunu bildirib və bu tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə