Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnaməyə dəyişiklik edilib. TQDK-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu barədə fərman imzalayıb.
"Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirilməsi məzmununda yarımbənd əlavə edilib.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Həmçinin bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin;
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB