Tələblərə ikili diplomlar veriləcək

Tələblərə ikili diplomlar veriləcək

"İki ölkə arasında dostluq günü-gündən inkişaf edir. Bu bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü göstərir". SİA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

Rektor qeyd edib ki, BDU-da tələblərə ikili diplomlar veriləcək: "30 nəfər Türkiyədən, 30 nəfər isə Azərbaycandan olan tələbə hüquq sahəsində ikili diplom almaq istiqamətində artıq təhsilə başlayıblar".

A. Məhərrəmov həmçinin qeyd edib ki, birgə elmi qrantların, proqramların formalaşdırılması, türk dünyası Azərbaycan-Türkiyə arasında olan məsələlər geniş müzakirə edilməlidir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə