"Hazırda Türkiyədə 5 minə yaxın azərbaycanlı tələbə təhsil alır" SİA-nın xəbərinə görə, bunu Fəxri Xiyabanda ziyarəti zamanı jurnalistlərə açıqlamasında Türkiyənin Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya məlumat verib. O bildirib ki, onların sayının gələcəkdə daha da artırılması istiqamətində mühüm işlər görüləcək. Şura sədrinin sözlərinə görə, iki ölkənin təhsil sahəsində yüksək əlaqələr daha da inkişaf etdiriləcək.
Qonaq azərbaycanlıların Türkiyədə universitet rəhbərliyi vəzifəsini tutmasını yüksək qiymətləndirib. Onun fikrincə, iki ölkə arasındakı təhsil səviyyəsi yüksəldikcə, sistem böyüdükcə azərbaycanlıların sadəcə təhsil işçiləri deyil, rektor da olmasını istərdik.
Türkiyənin yüksək ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılmasına da münasibət bildirən qonaq qeyd edib ki, bu qlobal müstəvidə imkanlar genişləndikcə onların açılmasına başlanılacaq: "İki ölkə arasında həm yüksək səviyyəli əlaqələri, həm də dünyada baş verən proseslərin inkişafını nəzərə alaraq ortaq əlaqələrin inkişafını hər zaman yüksək qiymətləndiririk.
Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti 16-19 yanvar tarixlərində Azərbaycanda səfərdədir. Bu gün Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və buradakı "Türk şəhidliyi"ni ziyarət edib. Səfər çərçivəsində qonaqlar Təhsil Nazirliyində və ölkənin bir sıra ali məktəblərində görüşlər keçirəcək. Görüşlər zamanı iki ölkənin təhsil sahəsində mövcud inkişaf və problemləri qarşılıqlı şəkildə müzakirə olunacaq.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB