"YouTube" video portalında yayılan məktəblilərin döyülməsi kadrları müəllimlərin işə götürmə qaydalarını gündəmə gətirdi
Başqa sözlə gələcəyin vətəndaşlarına doğru-dürüst təlim-tərbiyə verəcək şəxslərin sağlamlığı-konkret desək psixi durumu müzakirə mövzusudur.
Məlumunuz olsun ki, müəllimlər işə qəbul zamanı psixiloji yoxlamadan keçmirlər. 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev deyir ki, müəllimlərin işə qəbulu son bir neçə ildə Təhsil Nazirliyinin keçirdiyi imtahanla aparılır.
İmtahandan əvvəl işə qəbul olunan müəllimdən bir sıra sənədlər tələb olunur. Lakin müəllimin məktəb rəhbərliyinə təqdim etdiyi sənədlər sırasında onun psixoloji durumunu əks etdirən sənəd yer almır.
Təhsil Nazirliyindən aldığımız məlumata görə, müəllimlərin işə qəbulu zamanı onlarla fərdi qaydada söhbət aparılır və yalnız sağlamlıq haqqında arayış tələb olunur. Hərçənd psixoloqlar hesab edir ki, müəllimlərin işə götürülərkən onların psixoloji durumu haqqında məktəb rəhbərliyinə arayış təqdim edilməsi mütləqdir. Psixoloq Dəyanət Rzayev deyir ki, müəllim hər şeydən əvvəl psixoloq olmalı, hər bir şagirdlə onun dilində danışmağı bacarmalıdır.
Xatırladaq ki, ötən gün "YouTube" internet portalında Sumqayıt şəhərindəki 17 saylı məktəb-liseydə şagirdlərin döyülməsini əks etdirən video görüntülər yayımlanıb. Kadrlarda lövhənin qarşısında dayanan 5 məktəblinin müəllim tərəfindən döyüldüyü əks olunub. Şagirdləri döyən müəllim bu hərəkətlərini əsəblərini cilovlaya bilməməsilə əsaslandırıb. anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB