SDU-da Münaqişə komissiyası fəaliyyət göstərir

SDU-da Münaqişə komissiyası fəaliyyət göstərir

Sumqayıt Dövlət Universitetində qış imtahan sessiyası davam edir. Birinci, ikinci və üçüncü kursların bəzi qrupları üzrə imtahanlar elektron testlər vasitəsilə aparılır. Universitetdən SİA-ya verilən məlumata görə, imtahanların nəticələri həmin gün qəbul olunan vaxtda elan olunur. Nəticələrdən narazı qalan tələbələrin müraciətlərinə baxılması üçün universitetdə Münaqişə komissiyası fəaliyyət göstərir.

İmtahanların gedişinə nəzarət, təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılması üçün Təhsil Nazirliyinin və universitetin özünün "Qaynar xətt" xidmətləri fəaliyyət göstərir. "Qaynar xətt" xidmətinə daxil olan müraciət və şikayətlər operativ və obyektiv şəkildə araşdırılır.

Universitetin bakalavriat və magistratura pillələrindəki bütün qruplarda təhsil kredit sistemi ilə aparıldığından, imtahan sessiyası bu sistemin mövcud normativ sənədləri əsasında keçirilir. Universitetin tədris hissəsindən verilən məlumata görə, imtahanlar valideynlər və ictimaiyyət nümayəndələri üçün də açıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə