Son zamanlar valideyinlərin və elə müəllimlərin də dərsliklərin çətinliyindən şikayət etdiyinin şahidiyik. Apardığımız sorğu nəticəsində məlum oldu ki, çətinlik dərsliklərdəki biliklərin şagirdlər tərəfindən mənimsənilməsindədir. Sorğuda iştirak edən bir sıra valideyinlər bildirdilər ki, övladlarının ibtidai sinifdə oxumasına baxmayaraq, keçilən dərsləri mükəmməl öyrənmələri üçün şagirdlər repetitor yanına göndərilir. Bəs həqiqətənmi dərsliklərdə çətinliklər var?
Bununla əlaqədar Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirdi ki, nəşr olunan dərsliklər standartlar əsasında hazırlanır: "Şagirdlərin bilikləri mənimsəməsində heç bir çətinlik yoxdur. Söylənilən fikirlərsə tamamilə yalnışdır. Hazırda təsdiq olunmuş standartlar var və dərsliklər də ona uyğun nəşr olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB