Ötən həftə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) daxil olan Bakı və Sumqayıt şəhərləri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT-lər) sədrləri ilə iclas keçirilib. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, ümumilikdə 32 TGT sədrinin təmsil olunduğu iclasda ATGTİ-nin sədri Şahin İsmayılov və İttifaqın TGT-lərlə iş departamentinin direktoru Şəmsi Gülverdi sədrlərlə birlikdə TGT-lərin ötənilki fəaliyyətini təhlil ediblər.
2012-ci il ərzində TGT-lərin fəaliyyətini müsbət qiymətləndirdiyini bildirən ATGTİ-nin sədri Şahin İsmayliov TGT-lərdə mövcud problemlərə də toxunub. Eyni zamanda cari il üçün həyata keçiriləcək layihələr haqqında fikir mübadiləsi aparılıb. İclasda TGT-lərin KİV-lərlə əlaqələrinin zəif olması da qeyd edilib və bu əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Xüsusi vurğulanan məsələlərdən biri də TGT-lərin ATGTİ xətti ilə Azərbaycan Respublikası Prezidentı yanında Gənclər Fonduna (AzGF) yeni layihə təkliflərinin verilməsi və TGT-lərin müxtəlif qrant müsabiqələrində daha aktiv iştirakı məsələləri idi.
İclasın sonunda tərəflər 2013-cü ilin ilk yarımili üçün fəaliyyət palnını və ATGTİ-nin TGT-lərlə birgə reallaşdıracağı irimiqyaslı layihələri müzakirə ediblər.
Qeyd edirik ki, qısa vaxt ərzində bütün TGT-lər fəaliyyət planlarını ATGTİ-yə təqdim edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB