Gənclər soyqırımı istəmir

Azərbaycan həqiqətlərinin, Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını özünün ən vacib vəzifələrindən biri elan edən ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) bu məqsədlə fərqli tanıtım və təbliğat materiallarının hazırlanması və yayılması üzrə işləri davam etdirir. Təşkilatdan SİA-ya verilən məlumata görə, beynəlxalq aləmdə, xüsusilə də gənclər arasında təbliğat vasitələrinin ən effektiv variantlarından biri kimi video çarxların daha çox izlənildiyini və sözlə, siyasi yollarla deyilə bilməyən fikirlərin video çəkilişlə çatdırılma imkanlarını nəzərə alaraq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması mövzusunda video çarxların hazırlanmasına və xarici mediada geniş şəkildə yayımlanmasına ehtiyac olduğunu düşünürük.

Bu məqsədlə ASAIF və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə birgə yeni layihə təqdim edir. Layihə hal-hazırda xaricdə təhsil alan və məzun olmuş tələbələrimiz vasitəsilə təhsil aldıqları ölkələrdə video çarxların hazırlanmasını nəzərdə tutur.

Bu videonun hazırlanmasında iştirak etmək istəyən dostlarımızdan xahiş edirik, 20 yanvar tarixinədək [email protected] və ya [email protected] e-poçt ünvanları vasitəsi ilə bizimlə əlaqə saxlasınlar. Təsdiq alınan ölkələrə videonun hazırlanma şərtləri və digər məlumatlar göndəriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə