ATGTİ üçün prioritet məsələ

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tələbələr arasında müxtəlif istiqamətli yarışma və müsabiqələrin keçirilməsini davam etdirəcək, eyni zamanda tələbə-gənclərin kitab oxumağa, mütaliyəyə maraqlarını artırmaq məqsədi ilə genişmiqyaslı bir layihəni onların diqqətinə çatdıracaq. SİA-nın məlumatına görə, bu haqda ATGTİ icraçı direktoru İradə Dadaşova deyib. Onun sözlərinə görə, tələbə-gənclərimizin maarifləndirilməsi ATGTİ üçün prioritet məsələdir: "Hazırlıq mərhələsində olan bu layihəni tezliklə tələbə-gənclərə təqdim edəcəyik".

Multikulturalizm məsələsinin əhəmiyyətinə də toxunan icraçı direktor onu da vurğulayıb ki, milli mədəniyyətimizin xaricdə təbliğində də gənclərin rolu artırılacaq: "Bu günə qədər ATGTİ xətti ilə 30-dan çox ölkədə Azərbaycanımızı təmsil etmiş tələbə-gənclərimiz var və onların beynəlxalq layihələrdə iştirakı prosesi daha da təkmilləşdiriləcək".

İ.Dadaşovanın sözlərinə görə, ATGTİ-nin fəaliyyət planında Avropa və Asiya tələbə-gənclərini bir araya gətirəcək layihələr də vardır ki, onların paytaxtı Bakı olacaq: "Bu istiqamətdə həm elm, həm də mədəniyyət sahələrini əhatə edəcək müxtəlif layihələr reallaşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə