TQDK imtahan binalarına baxışın keçirilməsinə start verib

TQDK imtahan binalarına baxışın keçirilməsinə start verib

2013-cü ildə ali təhsil müəssisələrinin müxtəlif səviyyələrinə qəbul, buarıxılış siniflərinin şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi, sınaq və digər imtahanlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində və bölgələrdə imtahan binalarına baxış keçirilməsi prosesinə başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında SİA-ya verilən xəbərə görə, imtahan yerləri bazasında mövcud 500-ə yaxın binaya baxış keçirildikdən sonra onların imtahana yararlılıq dərəcələri müəyyənləşdiriləcək, yeni binalar haqqında məlumat və dəyişikliklər bazaya daxil ediləcək, binaların pasportları yenidən tərtib ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə