Bu gün Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. SİA Nazirliyin rəsmi saytına əsasən xəbər verir ki, iclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin zəruriliyini nəzərə çatdırıb. Adıçəkilən hər bir təhsil müəssisəsində aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.
Misir Mərdanov liseylərdə və peşə məktəbində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda qeyd olunan təhsil müəssisələrinin fəaliyyətinin "kafi" qiymətləndirilməsi, müvafiq ixtisasların akkreditə olunması barədə qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB