Sənəd qəbulu fevral ayından başlayacaq

Magistraturaya sənəd qəbuluna fevral ayından başlanacaq
Sənəd qəbulu fevral ayından başlayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtını açıqlayıb. SİA-nın xəbərinə görə, bunu TQDK-nın Magistratura şöbəsinin müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu fevral ayında başlayacaq. Bu il də magistraturaya qəbul imtahanları iki mərhələdə aparılacaq: "I mərhələdə test üsulu ilə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi yoxlanılacaq. I mərhələdə TQDK tərəfindən müəyyənləşdirilən tələbləri yerinə yetirən bakalavrlar II mərhələdə iştirak hüququ qazanacaqlar. Bu mərhələdə isə onların seçdikləri qəbul proqramları üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılacaq. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı cavab verəcəklər. İmtahanın I mərhələsi mart ayında, II mərhələsi iyunda keçiriləcək".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə