Təhsil Nazirliyinin təşkilatçılığı ilə "1 şagird–1 kompüter" müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasından ibarətdir.
Qeyd edək ki, müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.
Müsabiqə ilə bağlı ətraflı məlumatlar www.musabiqe.edu.az saytında yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB