Qusar rayonunda 180 şagird yerlik tam orta məktəbin yeni binası istifadəyə verilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, 4 ay müddətində inşa olunan müasir tipli məktəbdə 12 sinif otağı, 2 laboratoriya və fənn kabinetləri var. Məktəb istilik sistemi ilə tam təchiz edilib. Zəngin kitabxanası və böyük idman zalının olduğu məktəb müasir texniki avadanlıqlar və komputer sistemi ilə təchiz olunub.
Açılış mərasimində bildirilib ki, son illər ərzində Qusar rayonunda 19 yeni müasir tipli məktəb binası inşa edilərək istifadəyə verilib. Bu məktəblərin əksəriyyəti rayonun ucqar yaşayış məntəqələrində yerləşir. Bundan əlavə 15-dək təhsil ocağı əsaslı şəkildə təmir edilərək məktəb kollektivinin istifadəsinə verilib. Uzun müddət ərzində o qədərdə şəraiti olmayam məktəb binasında təhsil alan şagirdlər yeni binanın istifadəyə verilməsini sevinclə qarşılayıb.
Daha sonra məktəb binasına və sinif otaqlarına baxış keçirilib.
Emin Kərimov, Qusar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB