Misir Mərdanov şagirdlərlə bağlı əmr imzalayıb

Misir Mərdanov şagirdlərlə bağlı əmr imzalayıb

Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə yerlərdə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə "Nizami hikmətinin işığında" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Respublikanın bütün rayon və şəhərlərindən seçilərək nazirliyə təqdim olunmuş 105 inşa yoxlanılıb və qaliblər müəyyənləşdirilib.

Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə respublikanın ümumtəhsil məktəb şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekunlarını nəzərə alan təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrə əsasən həmin şagirdlər I, II, III dərəcəli diplomlar və tərifnamə ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə