Təhsil naziri: "Səbəbi məktəbdə deyil, başqa yerdə axtarmaq lazımdır"
"Repetitorluq dünyada və Azərbaycanda həmişə olub, bu gün də var və yəqinki gələcəkdə də olacaq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında bildidirib. O qeyd edib ki, bununla əlaqədar obyektiv tədqiqat aparmaq və bunun nəticələrini ölkə ictimaiyyətinə açıqlamaq lazımdır. Nazirin sözlərinə görə, bunun səbəbi tək məktəb deyil: "Repetitorluğa iki cür yanaşıram. Bunun təhsil üçün müsbət və mənfi təsirləri var. Əgər repetitor təhsilin inkişafına mənfi təsir göstərirsə, buna qarşı etiraz edərək mübarizə aparılır. Bu proseslər gələcək illərdə də aparılacaq".
Ölkədə son 5 ildə tətbiq edilən kurrikulumun sisteminin gələcəkdə repetitorluğun qarşısının alıb-almayacağına gəlincə, nazir qeyd edib ki, onun qarşısını almağın yolları bəllidir. Onun fikrincə, vaxtilə müəyyən beynəlxalq təşkilatlar bu sahədə tədqiqat aparıb və bununla bağlı təkliflərini bildiriblər.
Nazir ölkədə kurrikulumun tətbiqi ilə bağlı davamlı olaraq monitorinqlərin aparılacağını da deyib. O qeyd edib ki, bu proses gələcəkdə də davam etdiriləcək: "Kurikulum Azərbaycan təhsili üçün yeni bir məsələdir. Hər bir yeniliyin özünün çətinliyi olur. Ona görə də hər bir yenilik tətbiq edilərkən proses öyrənilməli və bütün məsələlər nəzərə alınmalıdır. Bunları öyrəndikdən sonra işlərimizi davam etdirəcəyik".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB