"Azərbaycanın gələcəyi gənclərdən asılıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə müsahibəsində təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, Gənclər Fondu gənclərin tədqiqat imkanlarından maksimum yararlanmalı, xaricdə uğurla təhsil alan tələbə gənclərə dəstək olmalıdır.
Misir Mərdanov Təhsil Nazirliyi ilə Gənclər Fondu arasında əlaqələrin daha sıx olmasını arzulayıb: "Azərbaycanda alimlər, xüsusilə elmlər doktorları arasında gənclərin sayı çox azdır. Alimlərin əksəriyyətinin yaşı 70 və daha çoxdur. Bu bizi çox narahat edir".
Nazir gənclərin elmi tədqiqatlara cəlb edilməsinin vacibliyindən də danışıb: "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına əsasən, həmin ölkələrin və universitetlərin siyahısı təsdiq olunur. Lakin bəzən siyahılarda olmayan universitetlərdə də təhsil almaq imkanları yaranır. İstərdik ki, Gənclər Fondu bu imkanları da dəyərləndirib gənclərə yardım etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB