Neftçalada məktəb açılışı olub FOTO

Neftçalada məktəb açılışı olub FOTO

Neftçalada məktəb açılışı olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Neftçala rayonun İkinci Qaralı kəndində yeni tikilmiş 200 şagird yerlik tam otra məktəbi istifadəyə verilib.

Məktəb 2 mərtəbəli 11 sinif otağından ibarətdir. Eyni zamanda məktəbin binasında kampyuter otağı, kitabxana, akt zalı, kimiya fizika kabineti, idman zalı, bufet mövcuddur. Məktəb binası icra hakimiyyətinin sifarişi ilə ART PROJE MMC şirkəti tərəfindən tikilib. 2012-ci ilin may ayında tikintisinə başlanan məktəb artıq şagirdlərin və təhsil işçilərinin istifadəsinə verilib. Bu məktəbin açılış mərasimi keçirilib. Açılış mərasiminə Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev, millət vəkili Arif Rəhimzadə gələrək kənd sakinlərini təbrik ediblər. Kənd sakinləri, təhsil işçiləri yeni tikilmiş məktəb binasina görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra sinif otaqları ilə tanışlıq olub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə