Göyçay rayon Təhsil şöbəsi haqqında yayılan məlumatlar əsassızdır
Son günlər bəzi kütləvi informasiya vasitələrində Göyçay rayon Təhsil şöbəsi haqqında əsassız məlumatlar yayılıb. SİA-nın verdiyi məlumata görə, məlumatlarda rayonda müəllimlərdən "Müdafiə fondu"na məcburi pul tutulmalarının olması barədə yazılar öz əksini tapıb.
Rayon təhsil şöbəsindən bildirilib ki, bu informasiyaların heç bir əsası yoxdur və əgər KİV müxbirləri həqiqətən də dəqiqləşdirmə aparsaydılar Göyçay rayon müəllimlərinin könüllülük prinsipi ilə "Müdafiə fonduna" köçürülmələr etdiklərini öyrənərdilər. Bu köçürülmələr sənədlər əsasında aparılır və müvafiq qaydada "Müdafiə fondu"nun hesabına köçürülür.
"Bir daha bildiririk ki, bəzi KİV vasitələrində verilmiş informasiya qərəzli olmaqla böhtan xarakteri daşıyır və heç bir əsası yoxdur", - təhsil şöbəsindən verilən məlumatda deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB