Uzun illər acınacaqlı vəziyyətdə olan Xaçmaz rayon Müzəffəroba kənd tam orta məktəbi üçün yeni bina inşa olunub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bu münasibətlə təşkil olunan açılış mərasimində Xaçmaz RİH-nin, eləcə də idarə müəssisələrin nümayəndələri və yerli sakinlər iştirak edib.
Bildirilib ki, ölkədə digər sahələr kimi təhsil sahəsinə də böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, son 10 ildə rayonda 44 yeni məktəb binası inşa olunub. Bu isə artıq 3-cü məktəb binasıdır ki, cari ildə tikilərək şagirdlərin istifadəsinə verilir.2 mərtəbəli, 180 yerlik yeni bina müasir standartlara uyğun, hər cür avadanlıqlarla təhciz olunub.Yeni məktəb binasının istifadəyə verilməsi ən çox müəllim və şagirdlərin sevincinə səbəb olub. Onlar əvvəlki binada tədris prosesinə mane olan çətinliklərin aradan qalxacağına ümid edirlər.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB